...

Qazaxstan Azərbaycan ilə torpaq sahələrinin qarşıqlı öhdəliyə verilməsi haqqında qanunu ratifikasiya edib

Dünya xəbərləri Materials 4 Yanvar 2013 17:54 (UTC +04:00)
Qazaxstan Prezidenti Nursultan Nazarbayev "Qazaxstan və Azərbaycan hökumətləri arasında diplomatik nümayəndəliklərinin binalarının tikintisi üçün torpaq sahələrinin qarşılıqlı öhdəliyə verilməsinə dair sazişin ratifikasiyası haqqında" qanunu imzalayıb. Bu barədə Trend cümə günü Qazaxstan Prezidentinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
Qazaxstan Azərbaycan ilə torpaq sahələrinin qarşıqlı öhdəliyə verilməsi haqqında qanunu ratifikasiya edib

Azərbaycan, Bakı, 4 yanvar/Trend, müxbir Y. Kosolapova/

Qazaxstan Prezidenti Nursultan Nazarbayev "Qazaxstan və Azərbaycan hökumətləri arasında diplomatik nümayəndəliklərinin binalarının tikintisi üçün torpaq sahələrinin qarşılıqlı öhdəliyə verilməsinə dair sazişin ratifikasiyası haqqında" qanunu imzalayıb. Bu barədə Trend cümə günü Qazaxstan Prezidentinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.

Sazişə əsasən, Qazaxstan Azərbaycana Astanada səfirliyin binasının tikintisi üçün icarə haqqı olaraq ildə bir tenge həcmində 49 il müddətinə 0,5 hektar torpaq sahəsi verir.

Azərbaycan isə öz növbəsində Qazaxstan tərəfinə Bakıda səfirliyin binasının tikintisi üçün icarə haqqı olaraq ildə bir manat həcmində 49 il müddətinə 0,5 hektar torpaq sahəsi verir.
Diplomatik nümayəndəliklərinin binalarının tikintisi paritet əsasda səfirliyin yerləşdiyi dövlətin milli qanunvericiliyinə əsasən alınan bütün vergi, yığım, rüsumlardan azad edilir. Torpaq sahəsindən istifadəyə görə ödənişlər isə istisna təşkil edir.

Tərəflər bu istiqamətdəki işlərə (binanın tikintisi, təmiri və kommunal xidmətlərlə təchizatı, layihənin ekspertizası və s.) xərcləri səfirliyin olduğu dövlətin normativ və tariflərinə uyğun olaraq sərbəst şəkildə ödəyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti