Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Ermənistan Yerevandakı "Göy məscid"in YUNESKO-nun Qeyri-maddi İrs siyahısına salınması üçün müraciət etmək niyyətindədir. Trend-in məlumatına görə, xəbəri "Public Radio of Armenia" yayıb.
Bu barədə Ermənistanın mədəniyyət naziri Asmik Poqosyan İranın mədəniyyət və islam rəhbərliyi naziri Seyid Məhəmməd Hüseyni ilə görüşü zamanı bildirib.
Poqosyan iranlı həmkarının dəvəti ilə 2013-2015-ci illərdə iki ölkənin Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq planını müzakirə etmək üçün İran İslam Respublikasına səfər edib.
Yerevanın baş məscidi olan "Göy məscid" hələ 1766-cı ildə İrəvan xanlığının yerli türk xanı Hüseynqulu xan Qacar tərəfindən tikilib.