...

BƏƏ-də "Skype" xidmətinə giriş bağlanıb

Dünya xəbərləri Materials 11 Aprel 2013 04:32 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları rəsmi qaydada video zəng etməyə və mesaj göndərməyə imkan verən "Skype" xidmətinə girişi bağlayıblar. Bu barədə Əl Ərəbiyə televiziya kanalına istinad edərək RBC agentliyi məlumat verir.
BƏƏ-də "Skype" xidmətinə giriş bağlanıb

Azərbaycan, Bakı, 11 aprel /Trend /

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları rəsmi qaydada video zəng etməyə və mesaj göndərməyə imkan verən "Skype" xidmətinə girişi bağlayıblar. Bu barədə RBC agentliyi "Əl Ərəbiyyə" televiziya kanalına istinadən məlumat verir.

Hakimiyyət orqanlarının bəyanatında qeyd olunur ki, qadağa tez bir zamanda götürülməyəcək, çünki ölkədə rabitə xidmətləri göstərən "Emirates" Telekommunikasiya Korporasiyası (Etisalat) və "Emirates Integrated Telecommunications Company" provayderləri hələ ki, qadağanın götürülməsi üçün müvafiq qaydada müraciət etməyiblər.

"Provayderlər nəzarət orqanları tərəfindən verilən xüsusi lisenziyaları almayana qədər "Skype" xidməti bağlı qalacaq". Bu barədə jurnalistlərə telekommunikasiya sektoruna nəzarəti həyata keçirən departamentinin nümayəndəsi Məhəmməd Nasser əl-Qanem bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti