...

İran yeni helikopter simulyatorunu təqdim edəcək

Dünya xəbərləri Materials 15 Aprel 2013 14:51 (UTC +04:00)
İran Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək tədbirlərdə yeni helikopter simulyatorunu təqdim edəcək.
İran yeni helikopter simulyatorunu təqdim edəcək

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/

İran Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək tədbirlərdə yeni helikopter simulyatorunu təqdim edəcək. Trend-in bazar ertəsi "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə briqada generalı Əhmədrza Purdastan deyib.

Onun sözlərinə görə, həmçinin ölkənin telekommunikasiya sahəsində yeni nailiyyətləri nümayiş etdiriləcək.

Purdastan qeyd edib ki, cari İran təqvimində bütün ölkə üzrə ən azı 8 hərbi təlim keçiriləcək.

Aprelin 18-də İranda Silahlı Qüvvələr Günü qeyd edilir, bununla əlaqədar Tehranda hərbi parad keçiriləcək.

Paradda İran Silahlı Qüvvələrinin bütün yerüstü və hava bölmələri, habelə İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti