...

İranın Şiraz şəhərində 7 nəfər edam olunub

Dünya xəbərləri Materials 16 Aprel 2013 10:45 (UTC +04:00)
Bu gün səhər İranın Şiraz şəhərində yeddi nəfər edam olunub.
İranın Şiraz şəhərində 7 nəfər edam olunub

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir T. Cəfərov /

Bu gün səhər İranın Şiraz şəhərində yeddi nəfər edam olunub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, həmin şəxslərdən dördü əhalinin gözü qarşısında, üçü isə Şirazın Adilabad həbsxanasında edam olunublar. Onlar odlu silahdan istifadə etməklə banklardan, qızıl dükanlarından və evlərdən oğurluq etməkdə, eləcə də zorlama ittihamı ilə edama məhkum olunublar.

Məlumatda qeyd olunur ki, həmin şəxslər törətdikləri cinayətlərlə Şirazda əhali arasında təşvişə səbəb olmuşdular.

Beynəlxalq KİV-in məlumatına görə, 2012-ci ildə İranda 587 nəfər edam edilib. Edam olunan şəxslərin böyük əksəriyyəti narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə edam olunublar.
BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib.

Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikada göstəriləndən daha çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti