Azərbaycan, Bakı, 10 may / Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/
İranın məşhur müxalifət siyasətçilərindən olan Məhəmməd Rza Arif cümə günü İran prezidentliyinə namizəd kimi qeydiyyatdan keçib.
Məhəmməd Rza Arif siyasi xadim və Tehranda yerləşən Texnologiya Universitetinin professorudur.
O, İranın ali lideri Əli Xamneyinin yanında məsləhət orqanı olan Məşvərət Şurasının üzvlərindən biridir.
Daha əvvəl bir neçə islahatçı namizəd İran prezidentliyinə namizəd kimi qeydiyyatdan keçib.
İranda keçiriləcək prezident seçkilərində iştirak üzrə namizədlərin mayın 7-dən başlayan rəsmi qeydiyyatı mayın 11-dək davam edəcək.