...

Əhmədinejadın İmam Xomeyninin anım mərasimində çıxışı ləğv olunub

Dünya xəbərləri Materials 4 İyun 2013 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad İran İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin ölümünün 24-cü ildönümü mərasimində çıxış proqramı ləğv olunub və onun adı proqramdan çıxarılıb. Trend-in məlumatına görə, bunu İran hökumətinə yaxın "İran" xəbər saytı məlumat verir.

Məlumata əsasən, İmam Xomeyninin ölümünün ildönümü mərasimini keçirən qurumun açıqladığı proqramda iyunun 4-də çıxış edəcək şəxslərin sırasında Prezident Mahmud Əhmədinejadın adı qeyd olunmayıb.

Xəbər saytının məlumatında, həmçinin bildirilir ki, aidiyyatlı qurum bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, bu ilk dəfədir ki, İran islam inqilabının lideri İmam Xomeyinin ölümünün ildönümü mərasimində Prezidentin çıxışı ləğv olunur. Bundan öncə sabiq prezidentlər Əli Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi 16 il müddətində və Mahmud Əhmədinejad ötən 7 il prezidentlik dövründə hər il anım mərasimində çıxış ediblər.

İran KİV-inin məlumatına görə, bugünkü anım mərasimində İmam Xomeyinin nəvəsi Həsən Xomeyni çıxış edib və gələn qonaqları salamlayıb, daha sonra isə İranın ali lideri Ayətullah Əli Xamneyi çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti