...

İranda hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış universitet fəaliyyət göstərəcək

Dünya xəbərləri Materials 3 İyul 2013 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir T.Cəfərov/

İranda Xatəmul-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının təşəbbüsü ilə hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış universitet fəaliyyət göstərəcək. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.

Məlumata əsasən, "Xatəmul-Ənbiya" adlanacaq bu universitetin yerləşəcəyi ərazi artıq müəyyənləşib və bu, İran Silahlı Qüvvələrinin 2 saylı Təlim-Tədris Mərkəzinin ərazisidir.

Həmçinin universitetin təsis olunması istiqamətində işlərə başlanılıb və yaxın zamanlarda o, öz işinə başlayacaq.

Universitetdə hava hücumundan müdafiə sahəsində ixtisaslaşdırılmış təlimlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti