...

Baradei Misirin vitse-prezidenti, sosial-demokrat Ziyad Baha əd-Din isə Misirin yeni baş naziri olacaq

Dünya xəbərləri Materials 8 İyul 2013 00:50 (UTC +04:00)
Misirin Sosial-demokrat lideri Ziyad Baha əd-Din Misirin yeni baş naziri, liberal müxalifətin rəhbəri, MAQATE-nin sabiq başçısı Məhəmməd əl-Baradei isə vitse-prezident olacaq.
Baradei Misirin vitse-prezidenti, sosial-demokrat Ziyad Baha əd-Din isə Misirin yeni baş naziri olacaq

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Misirin Sosial-demokrat lideri Ziyad Baha əd-Din Misirin yeni baş naziri, liberal müxalifətin rəhbəri, MAQATE-nin sabiq başçısı Məhəmməd əl-Baradei isə vitse-prezident olacaq. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Sky News Arabia telekanalı bazar günü xəbər verib.

Misir KİV-in bildirdiyinə görə, əl-Baradei bundan əvvəl özü baş nazir vəzifəsindən imtina edib və Ziyad Baha əd-Dinin namizədliyini təklif edib.

Ziyad Baha əd-Din ixtisası üzrə hüquqşünas və iqtisadçıdır, əvvəllər Maliyyə nəzarəti idarəsinə rəhbərlik edib. O, Misirin Sosial-demokrat partiyasının liderlərindən biridir və hökumət strukturlarında korrupsiya ilə mübarizənin fəal tərəfdarı kimi məlumdur.

Xəbər lenti

Xəbər lenti