...

Ərdoğan əhalini kredit kartlarından istifadədən imtina etməyə çağırıb

Dünya xəbərləri Materials 17 İyul 2013 10:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan əhalini kredit kartlarından istifadə etməməyə çağırıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, Baş nazir bunu onunla izah edib ki, kredit kartlarının istifadəsinə görə bankların müəyyənləşdirdiyi komissiya haqları çox yüksəkdir.

Ərdoğan bildirib: "Elə banklar var ki, kredit kartlarının istifadəsinə görə, komissiya haqlarından əldə olunan illik gəlir, digər bankların illik gəlirinə bərabər olub".

Onun sözlərinə görə, xalq bankların Türkiyədə hansı oyun oynadığını anlamalı və ona qarşı mübarizə aparmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti