...

UEFA prezidenti Avropanı 2022-ci il Dünya çempionatını qışda keçirilməsi ilə bağlı dəqiqləşdirmələr aparmağa çağırır

Dünya xəbərləri Materials 30 Avqust 2013 15:47 (UTC +04:00)
UEFA prezidenti Mişel Platini əmindir ki, 2022-ci il Futbol üzrə Dünya Çempionatı (DÇ) qışda keçirilməlidir və Avropa futbol təşkilatlarını bu məsələdə vahid mövqe sərgiləməyə çağırır.
UEFA prezidenti Avropanı 2022-ci il Dünya çempionatını qışda keçirilməsi ilə bağlı dəqiqləşdirmələr aparmağa çağırır

Azərbaycan, Bakı, 30 avqust /Trend /

UEFA prezidenti Mişel Platini əmindir ki, 2022-ci il futbol üzrə Dünya çempionatı (DÇ) qışda keçirilməlidir və Avropa futbol təşkilatlarını bu məsələdə vahid mövqe sərgiləməyə çağırır. Bu barədə Trend "İnterfaks" agentliyinə istinadən bildirir.

Platini "Sky Sports"a müsahibəsində bildirib: "Təqvimi birillik dəyişmək lazım olacaq. Biz mövsümü mayda yox, iyunda bitirəcəyik. Hesab etmirəm ki, bununla bağlı problemlər olacaq. FİFA bu barədə qərar verəcək və onun təşkilatçılığı ilə məşğul olacaq, lakin hesab edirəm ki, Avropa çempionatları vahid mövqe hazırlamalı və onu FİFA-ya təqdim etməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti