Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Qeorqi Poltavçenko müxtəlif millətlərdən olan 200-dən artıq gənci birləşdirən ictimai gənclər təşkilatında görüşü zamanı müasir gəncliyi millətlərarası düşmənçiliyin qızışdırılmasına qarşı mübarizə aparmağa çağırıb. Bu barədə Trend Rusiyanın "İTAR-TASS" agentliyinə istinadən bildirib.
Poltavçenko bildirib: "Miqrantlara qarşı istənilən zorakılıq halı yolverilməzdir. Qeyri-qanuni miqrasiyaya və digər millətlərdən olan insanlara qarşı mənfi münasibət göstərilməsinə qarşı mübarizə aparmaq lazımdır".
O, xatırladıb ki, Peterburqda yüzilliklər ərzində böyük irsi quran və onu qoruyan 130-dan artıq millətin nümayəndələri yaşayır: "Biz Peterburqun mehriban qonşuluq və mədəniyyət ənənələrini saxlamalı və arıtmalıyıq. Ona görə də hamını davranış normalarına əməl etməyə çağırıram".