...

Putin: Rusiya Ukraynanın Avropaya inteqrasiyasının əleyhinə deyil

Dünya xəbərləri Materials 19 Dekabr 2013 13:40 (UTC +04:00)
"Ukrayna qardaş ölkədir və Rusiya mürəkkəb vəziyyətlərdə onu dəstəkləməlidir. Bu, bizim qərarımızın başlıca səbəbidir".
Putin: Rusiya Ukraynanın Avropaya inteqrasiyasının əleyhinə deyil

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

"Ukrayna qardaş ölkədir və Rusiya mürəkkəb vəziyyətlərdə onu dəstəkləməlidir. Bu, bizim qərarımızın başlıca səbəbidir". Trend-in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə RF Prezidenti Vladimir Putin böyük mətbuat konfransında deyib.

Dövlət başçısının sözlərinə görə, Ukraynaya kredit verilməsinə və ölkə üçün qazın qiymətinin azaldılmasına dair qərar Ukraynanın ağır iqtisadi, sosial və siyasi vəziyyəti ilə bağlı qəbul edilib: "Əgər biz Ukrayna haqqında qardaş ölkə kimi danışırıqsa, onda biz Ukrayna xalqını dəstəkləməliyik. Bu, başlıca səbəbdir".

Prezident əlavə edib ki, Rusiya Ukraynanın Avropaya inteqrasiyasının əleyhinə deyil, amma öz bazarının qorunması zərurətindən çıxış edir: "Məgər biz [Ukraynanın Aİ ilə] assosiasiyasının əleyhinəyik? Biz ümumiyyətlə, assosiasiyaya qarşı deyilik, sadəcə olaraq deyirik ki, biz öz iqtisadiyyatımızı qorumağa məcburuq. Çünki biz bu gün Ukrayna ilə azad ticarət zonası çərçivəsində açılmış qapıları belə vəziyyətdə qoya bilmirik. Əgər Ukrayna öz qapılarını Avropa İttifaqına tərəf açacaqsa, biz onu örtməyə məcburuq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti