Azərbaycan, Bakı, 22 yanvar /Trend/
Kiyevdə gecə ərzində 50-dən artıq insan oğurlanıb, şahidlərin sözlərinə görə, onları döyərək naməlum istiqamətə aparıblar. Trend-in çərşənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Baş Prokurorluğunun yaydığı xəbərdə deyilir.
Prokurorluğun məlumatına əsasən, Kiyevdə ekstremist əhval-ruhiyyəli qrupların və digər birliklərin hüquq-mühafizə əməkdaşlarına və dinc sakinlərə qarşı aqressiyası güclənib: "Ekstremist qrupların üzvləri şəhərin küçələrində dinc sakinlərə bədən xəsarəti yetirir və avtomobilləri yandırırlar".