Azərbaycan, Bakı, 18 fevral /Trend/
Səudiyyə Ərəbistanı Suriya rəhbərliyini həmin ölkədə təxminən üç il davam edən münaqişənin həllinə yönəlmiş "Cenevrə 2" konfransının uğursuzluğunda günahlandırıb. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.
Ərəb krallığının nazirlər şurasının rəsmi məlumatında "Suriya xalqının əzablarına son qoya bilən "Cenevrə 2"-nin real nəticələrə nail ola bilmədiyindən təəssüflər" ifadə edilir.
Rəsmi Ər-Riyad buna görə məsuliyyəti "inadcıllıq göstərdiyi", həmçinin Səudiyyə Ərəbistanının fikrincə, "Cenevrə 1" konfransında təsdiq edilmiş məqsədlərdən yayındırmaq istədiyi üçün Dəməşqin üzərinə qoyub.
Bundan öncə Suriya hakimiyyəti dəfələrlə Səudiyyə Ərəbistanını güc yolu ilə prezident Bəşər Əsədi devirmək məqsədilə SAR-dakı silahlı müxalifəti dəstəkləməkdə ittiham edib.