...

Azərbaycan və Gürcüstanın müdafiə nazirləri Brüsseldə görüşəcəklər

Dünya xəbərləri Materials 26 Fevral 2014 08:21 (UTC +04:00)
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya fevralın 26-27-də NATO-nun Brüsseldə keçiriləcək nazirlər görüşündə iştirak edəcək.
Azərbaycan və Gürcüstanın müdafiə nazirləri Brüsseldə görüşəcəklər

Gürcüstan, Tbilisi, 26 fevral / Trend, müxbir N.Kirtsxalia /

Gürcüstanın müdafiə naziri İrakli Alasaniya fevralın 26-27-də NATO-nun Brüsseldə keçiriləcək nazirlər görüşündə iştirak edəcək. Trend-in verdiyi məlumata görə, nazirlər komitəsinin iclasını alyansın baş katibi Anders foq Rasmussen açacaq.

Nazirlər görüşünün əsas mövzuları - kibertəhlükəsizlik, müdafiə imkanlarının gücləndirilməsi və Əfqanıstandakı missiya.

Ministerialdan sonra ikinci gündə NATO və onun alyansa daxil olmayan ölkələrin, lakin Əfqanıstandakı missiyada iştirak edən tərəfdaşlarının müdafiə nazirlərinin görüşü keçiriləcək.

NATO-nun nazirlər iclası çərçivəsində Gürcüstanın müdafiə naziri Azərbaycan, Norveç və Əfqanıstandan olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti