...

Avropa İnsan Haqları Məhkəməsi Ukraynanın Rusiya ilə bağlı şikayətini qəbul edib

Dünya xəbərləri Materials 14 Mart 2014 10:47 (UTC +04:00)
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) cümə axşamı Rusiyanı Avropa İnsan Haqları Konvensiyasının 33-cü maddəsini (Dövlətlərarası məsələlər) pozmaqda günahlandıran Ukraynanın şikayətini qəbul edib.
Avropa İnsan Haqları Məhkəməsi Ukraynanın Rusiya ilə bağlı şikayətini qəbul edib

Azərbaycan, Bakı, 14 mart /Trend/

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) cümə axşamı Rusiyanı Avropa İnsan Haqları Konvensiyasının 33-cü maddəsini (Dövlətlərarası məsələlər) pozmaqda günahlandıran Ukraynanın şikayətini qəbul edib. Bu barədə AİHM mətbuat xidmətinin dərc etdiyi xəbərdə deyilir. Trend-in məlumatına görə, xəbəri cümə günü İTAR-TASS yayıb.

Məlumatda deyilir ki, məhkəmə hər iki tərəfi insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxara biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır.

Məlumatda həmçinin bildirilir ki, AİHM-in müvəqqəti ölçülər haqqında reqlamentinin 39-cu maddəsinə uyğun olaraq "Rusiya Federasiyası hökuməti Ukrayna ərazisində mülki əhalinin həyat və sağlamlığına təhlükə yarada biləcək hərəkətlərdən çəkinməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti