...

Putin Merkel ilə telefonla Ukraynadakı vəziyyəti və Krımda keçirilən referendumu müzakirə edib

Dünya xəbərləri Materials 16 Mart 2014 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə telefonla Ukraynadakı vəziyyəti, Krımda bazar günü keçən referendumu və vəziyyətin monitorinqi üçün Ukraynaya ATƏT-in missiyasının göndərilməsinin mümkünlüyünü müzakirə edib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Kremlin mətbuat xidməti məlumat verir.

Putin həmin söhbət zamanı diqqəti ona yönəldib ki, Krım əhalisinin iradəsi BMT nizamnaməsinə əsasən, beynəlxalq hüquq normalarına tam uyğun olaraq keçirilir. Rusiya prezidenti həmçinin vurğulayıb ki, Rusiya Krım sakinlərinin seçiminə hörmətlə yanaşacaq.

"Rusiya prezidenti Kiyev hökumətinin səhlənkarlığı üzündən Ukraynanın şərq və cənub-şərq bölgələrində radikal qruplaşmalar tərəfindən gərginliyin yaratması ilə əlaqədar yenidən narahatlığını bildirib", - Kremlin mətbuat xidməti xəbər verir.

Bundan başqa, Putin Merkel ilə vəziyyətin monitorinqi üçün Ukraynaya ATƏT-in miqyaslı missiyasının göndərilməsinin mümkünlüyünü müzakirə edib.

Həmçinin Almaniya kansleri Soçidə Paralimpiya oyunlarının uğurlu keçirilməsi ilə əlaqədar Putini təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti