...

Ukraynanın Slavyansk şəhəri yaxınlığında döyüş gedir

Dünya xəbərləri Materials 7 May 2014 11:39 (UTC +04:00)
Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhəri yaxınlığında döyüş gedir. Bu barədə Ukraynanın Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, "İnformasiya Müqaviməti" qrupunun nümayəndəsi Dmitri Tımçuk özünün Facebook səhifəsində məlumat verib.
Ukraynanın Slavyansk şəhəri yaxınlığında döyüş gedir

Azərbaycan, Bakı, 7 may /Trend/

Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhəri yaxınlığında döyüş gedir. Bu barədə Ukraynanın Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, "İnformasiya Müqaviməti" qrupunun nümayəndəsi Dmitri Tımçuk özünün Facebook səhifəsində məlumat verib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "RBK-Ukrayna" yayıb.

Məlumatda deyilir: "Slavyansk ətrafında döyüş gedir. Səhərə yaxın bir qrup terrorçu şəhəri tərk etməyə cəhd göstərib. Bu cəhdin qarşısı antiterror qüvvələri tərəfindən alınıb. Hazırda blok-postlardan birində qarşıdurma davam edir".

Xəbərdə deyildiyi kimi, hazırda Ukraynanın güc strukturları tərəfdə itki yoxdur. Rusiyayönlü fəallar arasında itkilərin olması hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti