...

DİN: Ukrayna Rusiya ilə sərhədi bağlamağı planlaşdırır

Dünya xəbərləri Materials 11 İyun 2014 12:14 (UTC +04:00)
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bəyan edib ki, Ukrayna Rusiya ilə sərhədi bağlamağa hazırlaşır və indi bunun üçün lazımi metod və vasitələr axtarır.
DİN: Ukrayna Rusiya ilə sərhədi bağlamağı planlaşdırır

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bəyan edib ki, Ukrayna Rusiya ilə sərhədi bağlamağa hazırlaşır və indi bunun üçün lazımi metod və vasitələr axtarır. Trend-in məlumatına görə, bu barədə "Seqodnya" saytı xəbər yayıb.

A.Geraşenko "5-ci kanal"ın efirində bildirib: "Müxtəlif üsullara baxmaq lazımdır, lakin əlbəttə, sərhədi bağlayacağıq. Bunun üçün indi lazımi metod və vasitələr tapmaq lazımdır".

Rusiya ilə sərhədlərin bağlanması məsələsinə baxılıb-baxılmamasına dair suala cavab verərkən Geraşenko qeyd edib ki, ölkə ərazilərinin minalanması Ukrayna vətəndaşları üçün təhlükəlidir: "Bu, sadə məsələ deyil. Milli təhlükəsizliyin daha vacib olmasına baxmayaraq, bütün "lehinə" və "əleyhinə"ləri tərəziyə qoymaq lazımdır. Minalarsız da çoxlu mübarizə metodları var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti