...

Sarkozini təsirindən sui-istifadədə ittiham etdilər, onu 10 il həbs cəzası gözləyir

Dünya xəbərləri Materials 2 İyul 2014 07:23 (UTC +04:00)
Nikolya Sarkoziyə "təsir alveri" maddəsi üzrə rəsmi ittiham irəli sürülüb.
Sarkozini təsirindən sui-istifadədə ittiham etdilər, onu 10 il həbs cəzası gözləyir

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Nikolya Sarkoziyə "təsir alveri" maddəsi üzrə rəsmi ittiham irəli sürülüb. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə Frans Press agentliyi xəbər verir.

Fransanın eks-prezidentindən şübhələnirlər ki, o, qalmaqallı məhkəmə " Betankur işi" üzrə qapalı informasiya almaq üçün öz əlaqələrindən istifadə edib.

Analoji ittiham Sarkozinin şəxsi vəkili - Tyerri Erzoqa qarşı da irəli sürülüb.

Müstəntiqlərin fikrincə, məhz o, Kassasiya məhkəməsində baş prokurorun köməkçisi ilə əsas əlaqələndirici vasitə olub, hansıki Monakoda yüksək postu vəd müqabilində Erzoqa "Betankur işi"nin istintaqının gedişi barədə bağlı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti