...

Operativ qərargah: Moskva metrosunda qəzadan sonra 40 nəfər xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 15 İyul 2014 13:14 (UTC +04:00)
Dəqiqləşdirilmiş məlumata görə, Moskva metrosunda baş vermiş hadisə nəticəsində 40 nəfər xəstəxanaya yerləşdirilib, 3 nəfər həlak olub.
Operativ qərargah: Moskva metrosunda qəzadan sonra 40 nəfər xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Dəqiqləşdirilmiş məlumata görə, Moskva metrosunda baş vermiş hadisə nəticəsində 40 nəfər xəstəxanaya yerləşdirilib, 3 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə RİA Novosti hadisə yerindəki operativ qərargahın nümayəndəsinə istinadən xəbər verib.

Agentliyin müsahibi bildirib: "Cəmi 70-ə yaxın adam xəsarət alıb. Onlardan 40 nəfər xəstəxanaya yerləşdirilib, 3-ü həlak olub".

Bir az əvvəl Rusiya FHN-in rəsmi nümayəndəsi Aleksandr Drabışevski RİA Novosti-yə bildirib ki, zərərçəkənlərin təxliyəsinə səkkiz helikopter cəlb edilib. Helikopterlər zərərçəkənləri 7, 31, 36 saylı şəhər kliniki xəstəxanalarına, eləcə də Sklifikovski adına instituta və Botkin xəstəxanasına çatdırıblar.

Çərşənbə axşamı "Park Pobedı"- "Slavyanskiy bulvar" stansiyaları arasındakı yolda gərginliyin kəskin azalması səbəbindən metroda siqnal sistemi yanlış olaraq işə düşüb ki, bu da qatarın qəfil dayanmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti