...

Vladimir Puçkov: Moskva metrosunda qəza 12 insanın həyatına son qoydu

Dünya xəbərləri Materials 15 İyul 2014 15:38 (UTC +04:00)
Moskva hakimiyyətinin məlumatına görə, daha 150-yə yaxın insan yaralanıb. Onlardan 100 nəfərindən çoxu xəstəxanalara yerləşdirilib.
Vladimir Puçkov: Moskva metrosunda qəza 12 insanın həyatına son qoydu

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Moskva metrosunda qatarın qəzaya uğraması nəticəsində ölənlərin sayı 12-yə çatıb. Bunu jurnalistlərə Rusiya FHN-in rəhbəri Vladimir Puçkov bildirib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

Nazir deyib: "Hələlik 12 nəfər".

Moskva hakimiyyətinin məlumatına görə, daha 150-yə yaxın insan yaralanıb. Onlardan 100 nəfərindən çoxu xəstəxanalara yerləşdirilib.

Çərşənbə axşamı səhər pik saatda "Park Pobedı"- "Slavyanskiy bulvar" stansiyaları arasındakı yolda 3 vaqon relsdən çıxıb. Qəzanın səbəbləri hələlik aydın deyil: paytaxt xilasediciləri elektrik xətlərində gərginliyin kəskin dəyişməsi, Moskva metropoliteni tüstülənmə haqqında danışır.

RF İstintaq Komitəsi artıq təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açıb, lakin hələlik şübhəli yoxdur. Xilasetmə işləri davam edir.

Səhiyyə Departamenti rəhbərinin birinci müavini Aleksey Xripun RİA Novosti-yə bildirib ki, ölənlər və xəsarət alanlar arasında əcnəbilər yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti