...

Pilotların tətili reyslərin yarısından çoxunun ləğvinə aparır

Dünya xəbərləri Materials 15 Sentyabr 2014 12:16 (UTC +04:00)
Bazar ertəsi “Air France” aviaşirkəti pilotların irimiqyaslı tətili ilə əlaqədar reyslərin yarısından çoxunu ləğv etməyi planlaşdırır.
Pilotların tətili reyslərin yarısından çoxunun ləğvinə aparır

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Bazar ertəsi "Air France" aviaşirkəti pilotların irimiqyaslı tətili ilə əlaqədar reyslərin yarısından çoxunu ləğv etməyi planlaşdırır. Trend xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi "Le Figaro" qəzetinin saytına istinadən məlumat verib.

Etiraz aksiyasında şirkətin pilotlarının təxminən 60 faizinin iştirak edəcəyi gözlənilir. Əsas həmkarlar ittifaqı SNPL onları sentyabrın 15-dən 22-dək tətillə çıxmağa çağırıb. Digər həmkarlar ittifaqları hesab edirlər ki, aksiya sentyabrın 18-dək davam etməlidir. Aksiyanın müddəti ilə kompromis variant hələlik əldə edilməyib.

"Le Figaro" qeyd edib ki, bu tətil 1998-ci ildən bəri "Air France"-də ən uzunmüddətli tətildir. Aviaşirkət reysləri sentyabrın 15-dən 22-dək olan dövrdə planlaşdırılan sərnişinlərə uçuş üçün başqa tarix seçməyi məsləhət görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti