...

BMT-nin xüsusi nümayəndəsi Dəməşqə və müxalifətə terrorismə qarşı birgə mübarizə aparmaq təklif edib

Dünya xəbərləri Materials 31 Oktyabr 2014 00:04 (UTC +04:00)
BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Stefan de Mistura Dəməşq və müxalifəti terrorizmlə mübarizədə səylərin birləşdirilməsi üçün "İslam dövləti" (İD) qruplaşması tərəfindən təhdidi impuls kimi istifadə etməyi təklif edib.
BMT-nin xüsusi nümayəndəsi Dəməşqə və müxalifətə terrorismə qarşı birgə mübarizə aparmaq təklif edib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Stefan de Mistura Dəməşq və müxalifəti terrorizmlə mübarizədə səylərin birləşdirilməsi üçün "İslam dövləti" (İD) qruplaşması tərəfindən təhdidi impuls kimi istifadə etməyi təklif edib. Trend TASS agentliyinə istinadən bu barədə məlumat verir.

Bu barədə o, BMT Təhlükəsizlik Şurasında öz ilk müşavirənin yekununda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İD ilə mübarizə üzrə Dəməşq və müxalifətin birgə səyləri ikitərəfli münaqişəni "bir növ" "dondurma zonasına" çevrilməsinə imkan yaradacaq, nəticədə isə əvvəlcə yerli səviyyədə siyasi prosesə başlamaq, sonra - onu ümummilli miqyasa çevirmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti