...

Gürcüstan Ermənistanla enerji sistemlərini birləşdirir

Dünya xəbərləri Materials 9 Dekabr 2014 14:59 (UTC +04:00)
Proqram Ayrumdakı transformator stansiyasında Ermənistan və Gürcüstan enerji sistemlərinin birləşdirilməsini nəzərdə tutur.
Gürcüstan Ermənistanla enerji sistemlərini birləşdirir

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Ermənistanın maliyyə naziri Qaqik Xaçatryan, KFW bankının Enerji departamentinin direktoru Yan Blum və "Yüksəkvoltlu elektrik şəbəkəsi" QSC-nin direktoru Aram Ananyan kredit və proqram sazişi imzalayıblar.

Trend-in Armenia Today-ə istinadən verdiyi məlumata görə, KFW "Qafqaz enerji təchizatı şəbəkəsi" proqramının birinci mərhələsinin reallaşdırılması üçün Ermənistana 85,2 milyon avro məbləğində kredit verəcək. Proqram Ayrumdakı transformator stansiyasında Ermənistan və Gürcüstan enerji təchizatı sistemlərinin birləşdirilməsini nəzərdə tutur.

Proqram çərçivəsində yeni yarımstansiyanın tikilməsi və elektrik naqillərinin çəkilməsi sayəsində Ermənistan və Gürcüstan vahid rejimdə işləyəcək. Bu, çatışmazlıq yarananda elektrik enerjisini idxal etməyə, artıq qalanda isə onu ixrac etməyə imkan yaradacaq.

Proqramın birinci mərhələsinin ümumi dəyəri 105,2 milyon avrodur. Bu mərhələni, həmçinin Avropa İnvestisiya Bankı (10 milyon avro kredit vəsaiti) maliyyələşdirəcək və Avropa Qonşuluq Siyasətinin investisiya aləti çərçivəsində 10 milyon avro qrant təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti