...

İraqda İD-nin "təhsil naziri" sayılan, AFR vətəndaşı qətlə yetirilib

Dünya xəbərləri Materials 17 Dekabr 2014 08:20 (UTC +04:00)
İraqda yaraqlıların mövqelərini bombardman zamanı "İslam dövləti" (İD) terror qruplaşmasının "təhsil naziri" sayılan Almaniya vətəndaşı, Misir əsilli Reda Zeyam qətlə yetirilib.
İraqda İD-nin "təhsil naziri" sayılan,  AFR vətəndaşı qətlə yetirilib

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

İraqda yaraqlıların mövqelərini bombardman zamanı "İslam dövləti" (İD) terror qruplaşmasının "təhsil naziri" sayılan Almaniya vətəndaşı, Misir əsilli Reda Zeyam qətlə yetirilib. Trend TASS agentliyinə istinadən bu barədə NDR və WDR teleradio şirkətləri xəbər verirlər.

Onlar müəyyənləşdiriblər ki, islamçılar öz iyerarxiyalarında AFR ərazisində sələfilər sıralarında yüksək təsirə və İD yaraqlıları ilə köhnə əlaqələrinə malik olan 54 yaşlı Zeyama yüksək vəzifə ayırıblar. Zeyamın özü uzun müddət Berlində yaşayıb. AFR-ın xüsusi xidmət orqanları bu məlumatı təsdiq ediblər, NDR və WDR bildirir.

Onlar diqqət yetiriblər ki, məhz "Zül-Karnayn" ləqəbi ilə tanınan Zeyamın təşəbbüsü ilə islamçılar, musiqini, coğrafiyanı, təsviri incəsənəti və ictimaiyyət fənnini İraq məktəblərində dərs deməyə qadağan ediblər. O, öz göstərişlərini İraqın Mosul şəhərindəki universitetindən verib.

Xəbər lenti

Xəbər lenti