Azərbaycan, Bakı, 22 dekabr /Trend/
Tanınmış türkiyəli aktyor Hülya Avşar ölkənin əsas müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğludan 100 min lirəlik təzminat tələb edir. Bu barədə Trend Türkiyənin "Milliyyət" qəzetinə istinadən məlumat verir.
Məlumata əsasən, H.Avşarın bu addımı K.Kılıçdaroğlunun onu təhqir etməsi ilə bağlıdır.
Qeyd edək ki, dekabrın 6-da Türkiyənin bir sıra sənətçi və aktyorları müxalifətin ciddi qınaq obyektinə çevrilən yeni inşa edilmiş prezident iqamətgahını ziyarət ediblər.
Ziyarətdən sonra açıqlama verən H.Avşar öz evinin prezident iqamətgahından daha təmtəraqlı olduğunu bildirib və müxalifətin hay-küyünün əsassız olduğunu qeyd edib.
Buna cavab olaraq, K.Kılıçdaroğlu H.Avşardan siyasətlə deyil, öz işi ilə məşğul olmağı tələb edib.