Azərbaycan, Bakı, 8 yanvar /Trend/
Avropalı deputat, Fransanın Milli Cəbhə Partiyasının lideri Marin Le Pen "France2" telekanalına müsahibəsində fransızlara ölüm hökmü məsələsi ilə bağlı referendum keçirməyi təklif edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verib.
Bundan əvvəl partiyanın lideri ötən gün Parisdə "Charlie Hebdo" satirik həftəliyinin redaksiyasında baş verən terror aktını sərt şəkildə pisləyib.