Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Təmkin Cəfərov/
İraqın daxili işlər naziri Məhəmməd Salim əl-Ğabban yanvarın 17-də Tehrana səfər edəcək. Bunu İran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Babək Dinpərəst deyib. Trend-in məlumatına görə, bu barədə Fars agentliyi xəbər verir.
B.Dinpərəst bildirib ki, səfər zamanı nazir iranlı həmkarı və bir sıra digər rəsmilərlə görüşlər keçirəcək: "İkitərəfli əlaqələrin və əməkdaşlığın daha da inkişafı üçün əlverişli şəraitin yaradılmasına dair müzakirələr aparılacaq".