...

Yerevanda Permyakovun erməni tərəfə verilməsi tələbi ilə yürüş keçiriləcək

Dünya xəbərləri Materials 23 Yanvar 2015 14:52 (UTC +04:00)
Yanvarın 26-da Yerevanda Gümrüdəki yeddi nəfərin qətlində ittiham olunan Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun erməni tərəfə verilməsi tələbi ilə yürüş keçiriləcək.
Yerevanda Permyakovun erməni tərəfə verilməsi tələbi ilə yürüş keçiriləcək

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Yanvarın 26-da Yerevanda Gümrüdəki yeddi nəfərin qətlində ittiham olunan Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun erməni tərəfə verilməsi tələbi ilə yürüş keçiriləcək. Bu barədə Trend Ermənistan mətbuatına istinadən xəbər verir.

Yürüşün təşkilatçılarının bəyanatında deyilir: "Biz Ermənistan hökumətindən və Rusiya tərəfindən Gümrüdəki Avetisyanlar ailəsinin 7 üzvünün qətlə yetirilməsində günahlandırılanın erməni hüquq müdafiəçilərinə təhvil verilməsini tələb edirik. Tələblər Rusiyanın Ermənistandakı bazasına dair müqavilədən irəli gəlir. Bu, Ermənistan Respublikası naminə istintaqın və ədalət məhkəməsinin qərəzsizliyinin zəmanəti ola bilər. Bizim tələblərimiz ədalətlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti