...

Kral adsız məzarda dəfn ediləcək

Dünya xəbərləri Materials 23 Yanvar 2015 15:30 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz adsız məzara dəfn ediləcək. Bu barədə Trend cümə günü "CNN Türk" telekanalına istinadən məlumat verir.
Kral adsız məzarda dəfn ediləcək

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Məftun Salmanov/

Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz adsız məzara dəfn ediləcək. Bu barədə Trend cümə günü "CNN Türk" telekanalına istinadən məlumat verir.

90 yaşlı kralın dəfn mərasiminə xeyli sayda ölkə liderlərinin qatılacağı gözlənilir. Ölkə adətlərinə görə, qeyri-müsəlmanlar mərasimdə iştirak edə bilməyəcəklər.

Bundan başqa, ölkədə rəsmi matəm elan edilmir. Səudiyyə bayrağı isə üzərindəki kəlimeyi şəhadət yazısına görə yarıyadək endirilmir.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz vəfat edib. Ötən həftə səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən Krala qaraciyər sətəlcəmi diaqnozu qoyulmuşdu. Vəfat edən Kralın yerinə vəliəhd Şahzadə Salman bin Əbdüləziz təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti