...

Ermənistanda bir ailəni qətlə yetirən rusiyalı hərbçiyə məhkəmə-psixiatriya ekspertizası təyin olunub

Dünya xəbərləri Materials 5 Mart 2015 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirməkdə ittiham olunan rusiyalı hərbçi Valeri Permyakova məhkəmə-psixiatriya ekspertizası təyin olunub. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, etibarlı mənbə bildirib ki, ekspertiza stasionar olaraq Rusiyanın Gümrüdəki hərbi bazasının ərazisində keçiriləcək.

Ekspertiza üçün iki həftə vaxt tələb olunacaq. Mənbə bildirib: "Permyakovda psixi çatışmazlıqların olması barədə deyilənlər şayiələrə əsaslanır. Ekspertizanın nəticələri hələ yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti