Azərbaycan, Bakı, 16 mart /Trend/
Gürcüstanın növbəti prezidenti qadın olsa, yaxşı olar. Trend-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Georgi Marqvelaşvili deyib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin idarəetmə sistemlərində qadınların təmsilçiliyi 40 faizə çatır: "Biz də bu göstəriciyə can atmalıyıq".
Qeyd edək ki, bundan əvvəl Prezident 2015-ci ili ölkədə "Qadınlar ili" elan etmişdi. Ölkədə növbəti prezident seçkiləri 2018-ci ildə təşkil ediləcək.