...

Pakistanın sabiq prezidenti barəsində həbs orderi verilib

Dünya xəbərləri Materials 2 Aprel 2015 14:49 (UTC +04:00)
İslamabad məhkəməsi Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf barəsində zaminə çıxmaq imkanı verilmədən həbs orderi çıxarıb.
Pakistanın sabiq prezidenti barəsində həbs orderi verilib

Azərbaycan, Bakı, 2 aprel, /Trend/

İslamabad məhkəməsi Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf barəsində zaminə çıxmaq imkanı verilmədən həbs qərarı çıxarıb.

Trend-in DAWN-a istinadən verdiyi məlumata görə, P.Müşərrəf dini xadim Qazi Abdulla Rəşidin ölümündə təqsirli bilinib.

Bugünkü dinləmələr zamanı sabiq prezidentin vəkili Müşərrəfə bu işlə bağlı məhkəməyə gəlmək məcburiyyətindən azad edilməsinə dair vəsatət qaldırıb. Lakin hakim Vacid Əli Xan vəsatəti rədd edərək, P.Müşərrəfin həbsi üçün order verib. Növbəti məhkəmə dinləməsi aprelin 27-nə təyin olunub.

P.Müşərrəfin hakimiyyəti dövründə Qırmızı Məscidə hücum zamanı Qazi A.Rəşid və onun həyat yoldaşı həlak olub.

2001-2008-ci illərdə Pakistan prezidenti olmuş P.Müşərrəf həmçinin 2007-ci ildə fövqəladə vəziyyət tətbiq edərək Ali Məhkəmə üzvlərini həbs etdirdiyinə görə "dövlətə xəyanət"də ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti