...

Dağıstanın Kizlyar şəhərində məscid yanır

Dünya xəbərləri Materials 10 Aprel 2015 11:45 (UTC +04:00)
Dağıstanın Kizlyar şəhərinin mərkəzi məscidində yanğın baş verib.
Dağıstanın Kizlyar şəhərində məscid yanır

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Dağıstanın Kizlyar şəhərinin mərkəzi məscidində yanğın baş verib.

Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, Dağıstan FHN Kizlyar Şəhər İdərəsindən bildiriblər ki, yanğın barədə məlumat səhər 08:45-də daxil olub.

"Yanğının söndürülməsinə bir neçə briqada cəlb olunub. Təfərrüatlar dəqiqləşdirilir", - deyə qeyd olunub.

Zərərçəkənlər barədə məlumatın daxil olmadığı əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti