...

Ərdoğan müxalifət liderini məhkəməyə verdi

Dünya xəbərləri Materials 2 İyun 2015 17:58 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.
Ərdoğan müxalifət liderini məhkəməyə verdi

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısının belə bir addım atmasına K.Kılıçdaroğlunun Ankarada tikilən Prezident sarayı (Aksaray) ilə bağlı iddiaları səbəb olub.

Belə ki, müxalifət lideri Prezident sarayının bəzədilməsində qızıldan istifadə edildiyini və iqamətgahdakı unitazların qızıldan olduğunu bildirmişdi.

R.T.Ərdoğan bu açıqlamadan sonra CHP sədrinin iddialarını sübut edə biləcəyi təqdirdə, prezident vəzifəsindən istefa verməyə hazır olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti