...

Türkiyənin hakim partiyası koalisiya hökumətinin yaradılmasına hazırdır

Dünya xəbərləri Materials 8 İyun 2015 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) koalisiya hökumətinin yaradılmasına hazırdır və hazırda təkrar parlament seçkilərinin keçirilməsi barədə danışmaq hələ çox tezdir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş deyib.

Bununla yanaşı, N.Kurtulmuş koalisiya hökumətinin yaradılmasında AKP ilə yanaşı hansı partiyanın olacağını qeyd etməyib.

O bildirib ki, AKP demokratiya prinsiplərinə sadiqdir və Türkiyənin müxalifət partiyalarının ölkənin hakim partiyası ilə koalisiya hökuməti yaratmaq istəməmələrini dilə gətirmələri ani verilmiş qərardır.

İyunun 8-i Türkiyənin baş naziri Əhməd Davudoğlunun Nazirlər Kabinetinin iclasını topladığı məlumat verilib. İclasda Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinin müzakirə olunacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti