...

Pərviz Müşərrəfin həbsinə order verildi

Dünya xəbərləri Materials 19 İyun 2015 18:33 (UTC +04:00)
Pakistan məhkəməsi ölkənin keçmiş Prezidenti Pərviz Müşərrəfin həbsinə order verib.
Pərviz Müşərrəfin həbsinə order verildi

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Pakistan məhkəməsi ölkənin keçmiş Prezidenti Pərviz Müşərrəfin həbsinə order verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, P.Müşərrəf 2007-ci ildə İslamabadda Qırmızı məscidə hücum zamanı din xadimi Əbdül Rəşid Qazinin qətlində ittiham edilir.

O bu il iyulun 24-də məhkəmə qarşısına çıxmalıdır.

Qeyd edək ki, məscidə hücum zamanı 90 tələbə və təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti