...

Böyük Britaniyanın ən kök kişisi öldü

Dünya xəbərləri Materials 22 İyun 2015 04:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Çəkisi 410 kiloqram olan Böyük Britaniyanın ən kök kişisi Karl Tomson öz evində Duvr şəhərində dünyasını dəyişdi. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir. Məlumata görə, Karlın 33 yaşı var idi.

Qeyd olunur ki, xilasedicilər Tomsonun bədənini evdən çıxarmaq üçün bir neçə saat vaxt sərf ediblər. Həkimlər daha öncə Karla bir neçə dəfə artıq çəkidən vaxtından əvvəl ölmə təhlükəsi barəsində xəbərdarlıq etmişdilər.

Polis işçiləri deyir ki, ölüm heç bir şübhə yaratmır.

Karl Tomson artıq 12 ay idi ki evdən çıxmırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti