...

Türkiyədə 15 dövlət məmuru saxlanılıb

Dünya xəbərləri Materials 10 İyul 2015 12:55 (UTC +04:00)
Türkiyədə torpaq kadastrı və alqı-satqı üzrə dövlət orqanının 15 məmuru saxlanılıb.
Türkiyədə 15 dövlət məmuru saxlanılıb

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə torpaq kadastrı və alqı-satqı üzrə dövlət orqanının 15 məmuru saxlanılıb. Trend bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir.

Həbsin səbəbi sənədlərin saxtalaşdırılması və korrupsiya ittihamıdır.

Məlumatda həmçinin deyilir ki, məmurlar şəxsi məlumatların ötürülməsində təqsirli bilinirlər.

Saxlanılanların hamısı Türkiyə vətəndaşlarıdır. Onların adları açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti