Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Qətərin əmiri Təmim bin Həməd Al Taninin Ankaraya səfəri zamanı iki ölkə regional problemləri müzakirə edəcək. Trend bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Qətərin əmiri bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.
Görüş çərçivəsində Suriyadakı böhran, İraq və Yəməndəki vəziyyət danışıqlar mövzusu olacaq.