...

Türkiyə ABŞ qırıcıları üçün "İncirliy"i açır: Hədəf İŞİD-dir

Dünya xəbərləri Materials 23 İyul 2015 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

ABŞ qırıcı təyyarələri Türkiyədəki "İncirlik" hərbi bazasından istifadə edərək "İslam dövləti" (İD) terror təşkilatının mövqələrinə zərbə endirə biləcək.

Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu addım Türkiyə və ABŞ arasında terror təşkilatına qarşı birgə mübarizə çərçivəsində atılıb.

Hərbi baza İD-yə qarşı mübarizə aparan koalisiya qüvvələrinin də sərəncamında olacaq.

Xatırladaq ki, hərbi bazanın İD-yə qarşı istifadə edilməsi məsələsində yekun qərara gəlmək üçün ötən gün Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Barak Obama araslnda telefon danışığı olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti