...

Əhməd Davudoğlu: Türkiyə PKK və İŞİD ilə qətiyyətli mübarizəyə köklənib

Dünya xəbərləri Materials 29 İyul 2015 15:09 (UTC +04:00)
Türkiyə PKK və İŞİD terrorçularına qarşı hərbi əməliyyatları davam etdirəcək, belə ki, Ankara bu terror təşkilatları ilə qətiyyətli mübarizəyə köklənib.
Əhməd Davudoğlu: Türkiyə PKK və İŞİD ilə qətiyyətli mübarizəyə köklənib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə PKK və İŞİD terrorçularına qarşı hərbi əməliyyatları davam etdirəcək, Ankara bu terror təşkilatları ilə qətiyyətli mübarizəyə köklənib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

O bildirib ki, terrorçular parlament seçkilərindən sonra Türkiyə hökumətinin zəifləyəcəyini düşünsələr də, yanılıblar: "Türkiyə hökuməti terrorçuların istənilən təxribatına cavab vermək iqtidarındadır. Vətəndaşların təhlükəsizliyi bizim üçün hər şeydən önəmlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti