Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Şri-Lankda torpaq sürüşməsi 7 nəfərin həyatına son qoyub.
Trend-in məlumatına görə, RİA Novosti "Hindu" nəşrinə istinadən xəbər verir ki, Şri-Lankada baş verən torpaq sürüşməsində biri azyaşlı uşaq olmaqla 7 nəfər həlak olub, 180 nəfər isə evsiz qalıb.
Sürüşmənin baş verməsinə səbəb adanın cənub hissəsində leysan yağışların yağması olub.
Ölkənin paytaxtı Kolombo şəhərinin bir sıra mərkəzi küçələrini su basıb.