...

İranda dоktоrluq elmi dərəcəsi olan 110 min nəfər işsizdir

Dünya xəbərləri Materials 27 Noyabr 2015 16:02 (UTC +04:00)
İran Statistika Mərkəzi elan edib ki, ölkədə dоktоrluq elmi dərəcəsi olan 110 min nəfər işsiz var və bu göstərici magistr dərəcəsi olan şəxslər arasında daha böyükdür.
İranda dоktоrluq elmi dərəcəsi olan 110 min nəfər işsizdir

Bakı. Təmkin Cəfərov - Trend:

İran Statistika Mərkəzi elan edib ki, ölkədə dоktоrluq elmi dərəcəsi olan 110 min nəfər işsiz var və bu göstərici magistr dərəcəsi olan şəxslər arasında daha böyükdür. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

Statistika Mərkəzinin 2014-cü il üzrə açıqladığı statistikaya əsasən, dоktоrluq elmi dərəcəsi olanlar arasında ən çox kişilər, magistrlər arasında isə ən çox qadınlar işsizdir.

Məlumata əsasən, işsizlər daha çox mühəndislik, ticarət və memarlıq ixtisasları üzrə təhsil almış şəxslərdir.

İranın əmək, əhalinin sosial müdafiəsi və kooperasiya nazirinin müavini Kuroş Pərənd deyib ki, universitet bitirmiş şəxslər arasında işsizlik səviyyəsi məktəbi bitirmiş şəxslər, yəni şəhadətnamə və attestat sahibləri üzrə göstərici ilə müqayisədə 10 dəfə çoxdur.

İranın "Mehr" agentliyinin məlumatına görə, hazırda İranda 4 milyon 600 min nəfərdən çox ali təhsilli şəxs iş axtarır.

"Tabnak" saytının məlumatına əsasən isə 2014-cü ilin yay mövsümündən indiyədək ölkədə işsizlərin sayı 478 min nəfər artıb.

İran Statistika Mərkəzinin ötən ilin yazında açıqladığı ölkədəki işsizliyin səviyyəsi 14,6 faiz təşkil edir, lakin bəzi ekspertlər hesab edir ki, ölkədə işsizliyin səviyyəsi 30 faizdən artıqdır. İranın 20 illik (2005-2025) inkişaf planında göstərilir ki, ölkədə işsizliyin səviyyəsinin aşağı salınması üçün illik iqtisadi inkişaf minimum 8 faiz olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti