Bakı. Trend:
İraqın paytaxtı Bağdadda 25 ildən sonra Səudiyyə Ərəbistanının səfirliyi açılıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Krallığının İraqda yeni səfiri Tamer Əs-Səbhan "Əl-Ərəbiyyə" telekanalına bildirib ki, səfirliyin açılması terrorizmə qarşı mübarizədə və təhlükəsizlik sahəsində iki ölkə arasında əməkdaşlığı yaxşılaşdıracaq.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Bağdadda diplomatik nümayəndəliyini 1990-cı ildə, İraqın Küveytə hücumundan sonra bağlamışdı.