Bakı. Trend
Paris hava limanında "Air France" şirkətinə məxsus enmiş təyyarənin şassisində meyit tapılıb.
Trend-in TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, təyyarə Braziliyadan Fransaya olan reysini yerinə yetirirdi.
Qeyd olunur ki, meyit təyyarənin xidmət işlərinin aparılması zaman aşkar olunub. Hadisənin təfərrüatları məlum deyil.