...

Hesabat: Neft 2017-ci ildə bahalaşa bilər

Dünya xəbərləri Materials 22 Fevral 2016 19:51 (UTC +04:00)
Neftin qiymətlərinin artmasını 2017-ci ildə enerjidaşıyıcılar bazarında tələb və təklifin balanslaşmasından sonra gözləmək olar.
Hesabat: Neft 2017-ci ildə bahalaşa bilər

Bakı. Elçin Hüseynov - Trend:

Neftin qiymətlərinin artmasını 2017-ci ildə enerjidaşıyıcılar bazarında tələb və təklifin balanslaşmasından sonra gözləmək olar. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Energetika Agentliyinin (BEA) hesabatında deyilir.

Hesabata əsasən, 2014-2015-ci illərdə neftin hasilatı tələbatı günə müvafiq olaraq 0,9 və 2 milyon barel üstələyirdi. 2016-cı ildə isə bu uyğunsuzluq günə 1,1 milyon barel səviyyəsində təşkil edəcək. Bu göstəricinin düzəlməsini yalnız 2017-ci ildə müşahidə etmək olacaq.

BEA-nın sənədində qeyd olunur ki, 2015-ci ildə dünyanın neftə tələbatı günə 94,4 milyon barel təşkil edib. 2019-2020-ci illərdə isə bu tələbat psixoloji hədd kimi ehtiyac duyulan 100 milyon barel nefti aşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti