Bakı. Trend:
İspaniyada bazar günü səhər saatlarında avtobusun iştirakı ilə baş verən yol qəzasında 14 nəfər həyatını itirib, daha 18 nəfər yaralanıb.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, avtobusda Erasmus proqramının tələbələri - ümumilikdə 56 nəfər olub.
Hadisə tələbələrin Valensiyadan bayram şənliyindən qayıtdığı zaman baş verib.